EN

9 nəfər tərəfindən döyüldü, şikayətinə baxılmır - MÜRACİƏT / VİDEO

Kürdəmir rayon sakini Səfərov Fərid Ramazan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, məhkəmə və prokurorluq onun şikayətinə baxmır:

“Mən, Səfərov Fərid Ramazan oğlu, 21 mart 2025-ci il tarixində Kürdəmir rayonu, Heydər Əliyev prospektində (dörd yol adlanan ərazidə ) 9 nəfərin hücumuna məruz qalmışam. Bu zaman mənə dəmir, taxta, daş parçaları, təpik və yumruqla ağır xəsarətlər yetirilib.

7 aya yaxındır ki, rayon prokurorluğuna və məhkəməyə müraciət etmişəm. Məni döyən şəxslərin hələ cəmi 4 nəfərinin işi məhkəməyə göndərilib.

Məhkəməyə vəsatət vermişdim ki, həmin 4 nəfər barəsində həbs qətimkan tədbiri seçsinlər. Hansı ki, həmin 4 nəfərin içində əvvəllər məhkumluğu olan, hələ də məhkumluğu başa çatmayan şəxs də vardır. Lakin məhkəmə mənim vəsatətimi təmin etmədi.

Başıma gələn hadisə ilə bağlı yazmadığım qurum qalmayıb. Amma laqeyidlik həddindən artıqdır. Mən sizin sayt vasitəsilə Prokurorluqdan və Məhkəmə Şurasından xahiş edirəm ki, işimlə bağlı haqlı qərar verilsin. 1 nəfərin 9 nəfər tərərifndən döyülməsi və günahkarların cəzasız qalması heç ədalətli deyil.

Məndə olan məlumata görə, hakimlə qarşı tərəf arasında "anlaşma" var. Kamera görüntülərini də sizə təqdim edirəm. Bu qədər sübutların olmasına baxmayaraq, işimə baxılmır". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Chosen
83
1
hurriyyet.az

2Sources