Azərbaycanın qadınlardan ibarət basketbol millisinin üzvləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi maarifləndirici seminarda iştirak ediblər.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, eləcə də dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.