EN

Azərbaycan millisinin üzvləri maarifləndirici seminarda iştirak ediblər

Azərbaycanın qadınlardan ibarət basketbol millisinin üzvləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi maarifləndirici seminarda iştirak ediblər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, eləcə də dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.

Chosen
45
2
90deqiqe.az

3Sources