Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində vətəndaşların noyabr ayı üzrə qəbul cədvəli açıqlanıb.
Aznews.az cədvəli təqdim edir:
| Qəbulu aparan şəxs | Qəbul günü | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu | 3 | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu | 4 | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu | 5,19 | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu | 6 | 
| Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu | 7,21,28 | 
| Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd qızı | 7 | 
| Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Seyidov Fərid Mirmufid oğlu | 12 | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu | 13 | 
| Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu | 14 | 
| Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu | 17 | 
| Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədəliyev Yusuf Ülfət oğlu | 17 | 
 
                        