EN

Yaponiya sahillərində güclü zəlzələ oldu

Yaponiyanın Hokkaydo adaları sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
ONN media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nemuro şəhərindən 36 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 41 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar, sunami təhlükəsi barədə məlumat verilməyib.
Chosen
26
50
onn.az

10Sources