Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri Miyako şəhərindən (təxminən 51,7 min nəfər əhali yaşayır) 108 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi 33 km olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta