EN

Azərbaycan klubu avrokubok medalına iddialıdır: Favorit üzərində qələbə vacibdir in İCMALI

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan şahmat klubu “Vüqar Həşimov” Avropa klublar kubokunun mükafatçısı ola bilər, lakin bunun üçün sensasion qələbə qazanmalıdır.

İdman.Biz xəbər verir ki, Almaniyanın şahmat üzrə “Verder” klubu üzərində 4,5:1,5 hesablı qələbədən sonra “Vüqar Həşimov” 10 xal toplayaraq altıncı pilləyə yüksəlib və əgər son – yeddinci turda qalib gəlsə, turnirin medalçısı sırasında ola bilər.

Lakin bunun üçün əsasən gənc azərbaycanlı şahmatçılardan ibarət komandamız yarışın favoritlərindən biri – dünyanın bir neçə aparıcı qrossmeysteri ilə gücləndirilmiş Çexiyanın “Novı Bor” klubunu məğlub etməlidir. Rəqibin heyətində dünyanın ilk onluğunda yer alan almaniyalı Vinsent Kaymer, hindistanlı şahmatçılar Santuş Vidit və Pentala Xarıkrişna, eləcə də təcrübəli çex David Navara kimi güclü oyunçular var.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Riad Səmədov, Vüqar Manafov, Xəzər Babazadə və qazaxıstanlı şahmatçı Noğirbək Qazıbek çıxış edir.

Turnir cədvəlinə 12 xalla Rumıniyanın “Superçess” və 11 xalla Şimali Makedoniyanın “Alkaloid” klubları başçılıq edirlər. Son turun oyunları oktyabrın 25-də, şənbə günü keçiriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources