EN

Fəzail Ağamalı AVP-dəki qalmaqala aydınlıq gətirdi: “Elçin Ağamalı namizədlərin hüququnu tapdalayaraq…”

Milli Məclisin deputatı Fəzail Ağamalı sədri olduğu Ana Vətən Partiyasında (AVP) “qurultay qalmaqalı”na aydınlıq gətirib.

 

O, Pravda.az-a açıqlamasında oğlu Elçin Ağamalının sədr seçilməsinə maneə olmadığını deyib.

 

“Mən ona maneə olmadım. Əksinə, o digər namizədlərin hüququnu tapdalayaraq özünü tərifləməyə başladı. Partiyaya, qurultayın gedişinə təsir göstərməyə çalışdı. Buna görə də qurultayda fasilə elan etdim ki, məsələləri qurultaydan kənar həll edək”- o qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Oktyabr 2025, 14:42   
Chosen
127
pravda.az

1Sources