Milli Məclisin deputatı Fəzail Ağamalı sədri olduğu Ana Vətən Partiyasında (AVP) “qurultay qalmaqalı”na aydınlıq gətirib.
O, Pravda.az-a açıqlamasında oğlu Elçin Ağamalının sədr seçilməsinə maneə olmadığını deyib.
“Mən ona maneə olmadım. Əksinə, o digər namizədlərin hüququnu tapdalayaraq özünü tərifləməyə başladı. Partiyaya, qurultayın gedişinə təsir göstərməyə çalışdı. Buna görə də qurultayda fasilə elan etdim ki, məsələləri qurultaydan kənar həll edək”- o qeyd edib.
Aytəkin Qardaşova
Tarix: 25 Oktyabr 2025, 14:42