EN

Tural Sultanov itkin düşdü - Video

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovun itkin düşdüyü deyilir.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Paylaşımda bildirilib ki, o, 27 gündür itkin düşüb: Dominos pizza

"Bu gün 27 gündür səndən heç bir xəbər ala bilmirik. Həkim əmimin, həkim oğlu, avqustda 33 yaşını gəmidə qeyd etdin, sentyabrda Xəzər səni aldı, yaraşıqlı Turalımız. 27 gündür atanın, ananın, ailənin, hamımızın gözü yoldadır, ağıllı, savadlı, uşaqla uşaq, böyüklə böyük olan, həkim Turalımız...

Gəmidə həkim olmağı özün seçmişdin, ailən istəməsə də...

Çünki atanın səninlə bağlı daha böyük arzuları vardı. Evin, işin bildiyin dəniz səni qopardı bu həyatdan", - deyə paylaşımda qeyd olunub.

Tural Sultanovun itkin düşməsi ilə əlaqədar aidiyyəti qurumlara sorğular ünvanlanıb./Oxu.az


Telegram kanalımız
Chosen
42
10
yenisabah.az

10Sources