BAKI, 25 oktyabr. TELEQRAF
Rusiya qaz, neft, neft məhsulları və kömür tədarükünü Şərq və Cənuba yönləndirməyi uğurla həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya energetika naziri Sergey Tsivilev TASS-a açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, enerji ədalətinə riayət olunmalı və heç bir ölkə digərinə enerji sahəsində şərtlər diktə etməməlidir:
"Rusiya ildə Çinə 106 milyard kubmetr qaz tədarük edəcək, bu isə Avropaya Rusiya qazının tədarükünə böyük alternativ hesab olunur, çünki Avropa özü bu idxaldan imtina edib".