EN

London polisi pedofiliya ilə bağlı doqquz min işi yenidən nəzərdən keçirəcək

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

London polisi pedofil bandalarının fəaliyyətinin gizlədilməsi ilə bağlı London meri Sadiq Xanla qalmaqaldan sonra pedofiliya ilə əlaqədar 9 min işə yenidən baxacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Express" qəzeti hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadla yazıb.

Yazıda deyilir ki, London meri Sadiq Xanın paytaxtda azyaşlıların zorlanması ilə məşğul olan bandaların mövcudluğunu inkar etməsinə baxmayaraq, belə dəstələrin fəaliyyəti ilə bağlı yeni irimiqyaslı istintaq çərçivəsində 9 min işə yenidən baxılacaq.

London polisinin nümayəndəsi bildirib ki, 15 illik dövrü əhatə edən işlər öyrəniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
78
1
oxu.az

2Sources