EN

Çin yeni insanabənzər robot təqdim etdi - VİDEO

Pekin şirkəti "Noetix Robotics" cəmi 1400 dollara başa gələn "Bumi" adlı kiçik ölçülü insanabənzər robotu təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, belə qiymət robot sənayesində əsl irəliləyiş ola bilər. Çünki bu məbləğ robotları təkcə şirkətlər üçün deyil, adi insanlar üçün də əlçatan edir.

Müqayisə üçün qeyd edək ki, əvvəlki Çin modelləri, məsələn, "Unitree R1" təxminən 6000 dollara satılırdı.

Məlumatda bildirilir ki, yeni "Bumi" modeli sadə tapşırıqları yerinə yetirə bilir, həmçinin məişətdə və tədrisdə yardımçı kimi istifadə oluna bilər.

Musavat.com

Chosen
82
1
musavat.com

2Sources