EN

"Çelsi" doğma meydanda "Sanderlend"ə uduzub

İngiltərə Premyer Liqasının IX turu çərçivəsində “Çelsi” və “Sanderlend” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Stamford Bridc” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Londonda keçirilən görüşdə hesabı 4-cü dəqiqədə Alexandro Qarnaço açıb. 22-ci dəqiqədə Uilson İzidor bərabərlik qoluna imza atıb. Qonaq komandanın üzvü Şemsdin Talbi isə 90+3-cü dəqiqədə vurduğu qolla “Sanderlend”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “Çelsi” 14 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 17 xal toplayan “Sanderlend” isə ikinci sırada yer alır.

Növbəti turda “Çelsi” noyabrın 1-də səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Sanderlend” isə noyabrın 3-də doğma meydanda “Everton”u qəbul edəcək.

Paralel görüşdə “Nyukasl Yunayted” “Fulhem”i 2:1 hesabı ilə məğlub edib. “Sorğular” 12 xalla 11-ci, “Dacniklər” isə 8 xalla 16-cı yerdə qərarlaşıblar.

Chosen
57
90deqiqe.az

1Sources