Ajans.az xəbər verir ki, rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Əhməd Arif oğlu Şumanov qohumunun evində təmir işi görərkən onu cərəyan vurub. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma başlanıb.