Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Ajans.azxəbər verir ki, rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Əhməd Arif oğlu Şumanov qohumunun evində təmir işi görərkən onu cərəyan vurub. Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirirlər.