EN

2500 sakinin yaşadığı kənddə elektrik dirəkləri və transformatorlar QƏZALI VƏZİYYƏTDƏVİDEO

İstismar müddətini başa vurmuş işıq dirəkləri təhlükəyə çevrilib. Bəzi naqillər sallanıb, qopma həddinə çatıb. ..

Xezerxeber.az xəbər verir ki, görüntülər Hacıqabulun Talış kəndindəndir. Kənd sakinlərinin sözlərinə görə, elektrik dirəklərinin bir çoxu illər öncə quraşdırılıb və istismar müddətini çoxdan başa vurub.

Bəzi dirəklər əyilib, bəziləri isə tamamilə çürüyüb. Bu isə həm insanların təhlükəsizliyi üçün risk yaradır, həm də enerjinin verilişində tez-tez fasilələrin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, həyata keçirilən yenidənqurma və əsaslı təmir-bərpa işləri Hacıqabulun bir sıra kəndlərini əhatə edib. Talış kəndində yeni 100 kVA gücündə müasir tipli Transformator Məntəqəsinin  quraşdırılması üçün 20-dək 6 kV-luq dayaq əkilib, 1000 metrə yaxın 6 kV-luq özünüdaşıyan izolyasiyalı naqil xətti çəkilib.

Su Anbarı adlanan ərazidə də istismar müddətini başa vurmuş dayaqlar yenisi ilə əvəzlənib. Kəndin elektrik şəbəkəsinin yenilənməsi məqsədilə işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
89
1
xezerxeber.az

2Sources