EN

İspaniyaya köçmək istəyir

Rusiyalı müxalif jurnalist, televiziya və radio aparıcısı Kseniya Sobçak özü və oğlu Platon üçün İspaniyadan daimi yaşayış icazəsi almaq məqsədilə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ispan nəşri “El Pais” məlumat yayıb.

Bildirilib ki, hazırda sənədlər baxılma mərhələsindədir.

Məlumata görə, Sobçak bundan əvvəl Fransadan 5 illik Şengen vizası alıb. Bu viza ona bütün Avropa İttifaqı ölkələrinə sərbəst səyahət etməyə imkan verir. İndi isə tanınmış aparıcı Avropa ərazisində müddətsiz yaşayış icazəsi əldə etməyə çalışır.

Chosen
97
5
demokrat.az

6Sources