EN

Kamala Harris növbəti prezident seçkilərində iştirak etmək ehtimalından danışıb

Bakı. Trend:

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris növbəti prezidentseçkilərində iştirak etmək ehtimalından danışıb.

Trend xəbər verir ki, 2024-cüil prezident seçkilərində Donald Trampa məğlub olan Harris bubarədə BBC-yə verdiyi müsahibədə bildirib.

“Bütün karyeramı dövlət xidmətinə həsr etmişəm və bu, mənimqanımdadır”, – deyə o vurğulayıb.

Bununla belə, Harris hələlik növbəti prezident seçkilərindəiştirak etmək barədə yekun qərar vermədiyini qeyd edib.

Chosen
85
2
az.trend.az

3Sources