AZ

Harris növbəti dəfə prezident seçkilərində iştirak etmək barədə danışıb

2024-cü il prezident seçkilərində Donald Trampa məğlub olan ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris yenidən namizədliyini irəli sürə biləcəyini bildirib.

APA xəbər verir ki, Harris bu barədə BBC-yə verdiyi müsahibədə danışıb.

"Bəlkə... hələ bitirməmişəm. Bütün karyeramı dövlət qulluğuna həsr etmişəm və bu, mənim qanımdadır", - o deyib.

Lakin o, hələlik yekun qərarın verilmədiyini qeyd edib.

Seçilən
43
2
apa.az

3Mənbələr