GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Kamboca Tailandla münaqişənin həllində göstərdiyi köməyə görə ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
Globalinfo.az xəbər verir ki, bunu Kambocanın baş naziri Hun Manet ASEAN sammiti çərçivəsində deyib.
“Mən prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüm. O, mülki insanların həyatını xilas etdi. Kamboca xalqının bu arzusu ilə mən prezidentə minnətdarlığımı bildirirəm”, – o bildirib.
Qeyd edək ki, Kuala-Lumpurda keçirilən ASEAN sammiti ərəfəsində Tailand və Kamboca bu ilin mayında başlayan münaqişənin həllinə yönəlmiş münasibətlər haqqında bəyannamə imzalayıblar. Prosesə D.Tramp nəzarət edib.
Xatırladaq ki, bundan əvvəl 2025-ci il oktyabrın 10-da Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilib. D.Trampın isə növbəti Nobelə namizəd olduğu iddia edilir. Düşünülür ki, 2026-cı ildə Ağ Ev rəhbəri nəhayət sözügedən mükafatı ala biləcək.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        