Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşınköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar dərhalFHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyəcəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğludərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulantikiliyə yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksizvəziyyətdə qalıb.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşıxilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.