AZ

Bakıda su anbarına düşən kişi belə xilas edildi - GÖRÜNTÜ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Seçilən
30
35
far.az

10Mənbələr