17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyinin qalibləri müəyyənləşib.
Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə daha 8 çəki dərəcəsində medalçılar bəlli olub.
Oğlanlar
55 kq
- Fərid Xuduyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Elməddin Gözəlov (RKİM)
- Qismət Tahirov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), Fuad Səlimli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
66 kq
- Aydın Alxaslı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- İlnur Hüseynli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Əkbər Əsədov (Fərid İK Sumqayıt), Nahid Rüstəmov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
81 kq
- Akif Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Yusif Abdallı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Cahid Qasımlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), Hüseyn Tarverdiyev (RKİM)
+90 kq
- Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Səid Bəşirli (Qara Bəbir Sumqayıt)
Qızlar
44 kq
- Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
- Zəhra Əli (Abşeron Xırdalan)
52 kq
- Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Xəyalə Alışova (Uğur İK Sumqayıt)
- Yağmur Əhmədzadə (Neftçi Sumqayıt), Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
63 kq
- Vüsalə Məhərrəmli (ACF)
- Dəniz Əlizadə (Olp-Par Sumqayıt)
- Rüxsarə Həsənova (ACF)
+70 kq
- Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
- Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Ceyran Vijehdolatabad (ACF)
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb. Birincilikdə Abşeron, Xızı və Sumqayıtdan 217 idmançı mübarizə aparıb.