AZ

17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri bəlli oldu

17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyinin qalibləri müəyyənləşib.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə daha 8 çəki dərəcəsində medalçılar bəlli olub.

Oğlanlar

55 kq

  1. Fərid Xuduyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  2. Elməddin Gözəlov (RKİM)
  3. Qismət Tahirov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), Fuad Səlimli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

66 kq

  1. Aydın Alxaslı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  2. İlnur Hüseynli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  3. Əkbər Əsədov (Fərid İK Sumqayıt), Nahid Rüstəmov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

81 kq

  1. Akif Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  2. Yusif Abdallı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  3. Cahid Qasımlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), Hüseyn Tarverdiyev (RKİM)

+90 kq

  1. Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  2. Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  3. Səid Bəşirli (Qara Bəbir Sumqayıt)

Qızlar

44 kq

  1. Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  2. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
  3. Zəhra Əli (Abşeron Xırdalan)

52 kq

  1. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  2. Xəyalə Alışova (Uğur İK Sumqayıt)
  3. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt), Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

63 kq

  1. Vüsalə Məhərrəmli (ACF)
  2. Dəniz Əlizadə (Olp-Par Sumqayıt)
  3. Rüxsarə Həsənova (ACF)

+70 kq

  1. Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
  2. Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  3. Ceyran Vijehdolatabad (ACF)

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb. Birincilikdə Abşeron, Xızı və Sumqayıtdan 217 idmançı mübarizə aparıb.

Seçilən
93
7
fanat.az

8Mənbələr