EN

Böyük Britaniyanın baş naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın baş naziri Kir Starmer sabah Türkiyəyə səfər edəcək.

Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində yazıb.

 

O bildirib ki, səfər Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

B.Duran əlavə edib ki, Türkiyə-Böyük Britaniya münasibətlərinin sıx müttəfiqliyə əsaslanan strateji ölçüsünə əlavə olaraq, mövcud regional və beynəlxalq inkişaflar da müzakirə olunacaq.

Chosen
19
8
day.az

10Sources