EN

Lamin Yamal onnun evini alır: Bu qiymətə

Lamin Yamal təkcə futbolda deyil, həm də meydandan kənarda inkişafını davam etdirir.

Publika.az xəbər verir ki, “Barselona”nın 18 yaşlı oyunçusu Şakira və Jerar Pikenin əvvəllər yaşadığı evi almağa hazırlaşır. Bu barədə “El País” nəşri məlumat yayıb.

Bu malikanə Barselonanı əhatə edən Espluques-de-Llobreqat şəhərinin elit Siutat Diaqonal rayonunda yerləşir. Burada “Barselona”nın digər ulduzları Balde və Arauxo da yaşayır. Sahəsi 3 800 kvadratmetr olan ev 2012-ci ildə tikilib və əvvəlcə Pike ailəsinə məxsus olub. Kompleks ümumilikdə 14 milyon avro dəyərində üç villadan ibarətdir.

Chosen
16
2
publika.az

10Sources