EN

“Lamin Yamal üçün xüsusi planımız yox idi”

İspaniya La Liqasının X turunda “El Klasiko”da “Barselona” üzərində 2:1 hesablı qələbə qazanan “Real Madrid”in baş məşqçisi Xabi Alonso matçdan sonra gənc katalon futbolçu Lamin Yamalın neytrallaşdırılması ilə bağlı suala münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:

“Xeyr, onun üçün xüsusi planımız yox idi. Biz sadəcə komanda şəklində yaxşı müdafiə olunmağa çalışdıq. “Barselona”ya çox qol vəziyyəti yaratmağa imkan vermədik”

Qeyd edək ki, “Real”ın qollarını Kilian Mbappe və Cud Bellinqem vurub. Bu qələbədən sonra madridlilər 27 xalla La Liqanın liderliyini möhkəmləndirib, əsas izləyicisi “Barselona” isə 5 xal geri qalıb. Növbəti turda “Real Madrid” doğma meydanda “Valensiya” ilə qarşılaşacaq.

Chosen
56
90deqiqe.az

1Sources