EN

Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.

NOCOMMENT.az-ın Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
329
10
nocomment.az

10Sources