AZ

Sabirabadda 4 avtomobil toqquşdu - Xəsarət alanlar var

Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.

Paralel.az xəbər verir ki , hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Seçilən
42
10
paralel.az

10Mənbələr