ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. “Reuters” agentliyi mənbələrə istinadən, sanksiyaların Rusiyanın bank sektorunu və neft infrastrukturunu hədəf aldığını bildirir.
Ukrayna hökuməti ötən həftə Vaşinqtona bütün Rusiya banklarının dollar sistemindən çıxarılmasını təklif etdikdən sonra bəzi senatorlar uzun müddətdir ki, dayandırılmış sanksiyalar qanun layihəsini yenidən gündəmə gətiriblər.
Prezident Donald Trampın yeni məhdudiyyətləri dəstəklədiyi, lakin dərhal təsdiqləyəcəyi gözlənilmədiyi bildirilir.
Trampın “Lukoil” və “Rosneft” şirkətlərinə tətbiq edilən sanksiyaların təsirini görmək üçün bir neçə həftə gözləməyi planlaşdırdığı bildirilir.
TAHİR