EN

Lavrov geyimindəki SSRİ yazısından danışdı

Axar.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ultrahang” Yutub kanalına müsahibəsində insanları Alyaskada keçirilən Rusiya - ABŞ sammitində geyindiyi “SSRİ” yazısı olan köynəkdə gizli məna axtarmamağa çağırıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, diplomat sözügedən geyiminini Rusiyanın tarixi ilə əlaqələndirib.

"Sovet İttifaqı mənim vətənimdir. Mən orada doğulmuşam, gəncliyimdən və orada Xarici İşlər Nazirliyində işləməkdən həzz almışam. Vətənimizdən utanmaq lazım deyil", - nazir bildirib.

O əlavə edib ki, üzərində “SSRİ” sözü yazılmış köynək çox qəşəngdir və Rusiyada məşhurdur.

"Bizdə Rusiya imperiyasının gerbi olan köynəklər var. Onları çox adam geyinir. Bu, tarixin bir hissəsidir", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, avqustun 15-də S.Lavrov Rusiya-ABŞ sammiti ərəfəsində Ankoricdəki otelə üzərində “SSRİ” yazısı olan sviterdə gəlmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
axar.az

2Sources