EN

"Arsenal" Premyer Liqada 700-cü qələbəsini qazandı

BAKI, 27 oktyabr. TELEQRAF

İngiltərə Premyer Liqasının (İPL) doqquzuncu turunda "Arsenal" evdə "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, bu "topçular"ın Premyer Liqada 700-cü qələbəsi olub.

London təmsilçisi İPL tarixində bu saya çatan ikinci komandadır. "Arsenal" yalnız "Mançester Yunayted"dən geri qalır. "Qırmızı şeytanlar"ın aktivində 760 qələbə var.

Qeyd edək ki, "Arsenal" növbəti turda "Börnli" ilə qarşılaşacaq.

Chosen
81
teleqraf.com

1Sources