Oktyabrın 25–26-da ölkÉ™ É™razisindÉ™ 69 yeni, É™vvÉ™lki dövrlÉ™rdÉ™n baÄŸlı qalan 1 cinayÉ™tin açılması tÉ™min olunub. Bu barÉ™dÉ™ Daxili İşlÉ™r NazirliyindÉ™n mÉ™lumat verilib.
Hesabat dövründə 25 nəfər axtarışda olan şəxs, o cümlədən 11 borclu şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 23 fakt və qanunsuz silah-sursatla bağlı 11 hal aşkarlanıb.
Ümumilikdə 60 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb. Həmçinin 8 nəfər ailə üzvlərini məlumatlandırmadan evdən getdiyinə görə itkin kimi axtarışda olan şəxs tapılaraq ailələrinə təhvil verilib.
Nazirlikdən bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Gülnar