Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyatsığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqıtoplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 8,2%çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərisə 8,57 milyon manat və yaxud 4,5% artaraq 199,233 milyon manataçatıb.
Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geriödənilib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqıtoplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manatvə ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləriödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%çoxdur.
 
                        