AZ

Azərbaycanda könüllü sığorta bazarı 15%-dən çox böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığortanövlərinin hesabına 881,844 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 116,4 milyon manat və ya 15,2%çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə123,7 milyon manat və yaxud 27,2% artaraq 105,421 milyon manataçatıb.

Beləliklə, 9 ayda könüllü sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 11,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqıtoplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manatvə ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləriödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%çoxdur.

Seçilən
12
8
az.trend.az

10Mənbələr