Xəbər verdiyimiz kimi, ötən gün Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsində sürücülərdən biri həyatını itirib.
"Unikal"ın məlumatına görə, qəzada ölən 1998-ci il təvəllüdlü Azər Cəlal oğlu Abdullayev Vətən müharibəsi iştirakçısıdır.
O, "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Mərhum ailəli idi, 2 övladı var.
Anar Kəlbiyev