AZ

İcra başçısı Vətən müharibəsi şəhidinin anım mərasimində - FOTOLAR

Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun anım günüdür.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Qumbaşı kənd qəbristanlığındakı qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.

Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

Seçilən
91
50
unikal.az

10Mənbələr