EN

“Putin artıq müharibəyə son qoymalıdır” - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini yeni silahla bağlı açıqlamalarına görə tənqid edib.

Missiya.Az xəbər verir ki, Amerika lideri bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, ABŞ Rusiya sahilləri yaxınlığında yerləşən nüvə sualtı qayıqları da daxil olmaqla güclü nüvə arsenalına malikdir.

"Onlar bilirlər ki, bizim nüvə sualtı qayığımız var və dünyanın ən yaxşısı onların sahillərindədir. Biz də onlarla oyun oynamırıq. Biz hər zaman raketləri sınaqdan keçiririk", - deyə siyasətçi vurğulayıb.

Tramp Putinin Ukrayna müharibəsi fonunda raket sınaqları ilə öyünməsindən də təəccübləndiyini qeyd edib.

"Mən düşünmürəm ki, Putin, yeri gəlmişkən, bu barədə danışmamalıdır. O artıq dördüncü ildir davam edən müharibəyə son qoymalıdır. O, raketləri sınaqdan keçirmək əvəzinə bunu etməlidir", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
1
missiya.az

2Sources