EN

“Bu, təkcə TƏBİB-in işi deyil”

“Dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir. Lakin qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95%-dir”.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov “Xərçəngdən güclüsən” tədbirində bildirib.

O qeyd edib ki, mammoqrafiya müayinəsi vasitəsilə bu xəstəlik vaxtında aşkarlana və sağala bilər: “Bütün 40-69 yaş arası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, KİV kömək etməlidir. Bu, təkcə TƏBİB-in işi deyil.

Hazırda süd vəzi xərçənginə qarşı mübarizə ilə bağlı başqa layihələrimiz də var. İki rayonda mammoqrafik müayinələr aparılır və nəticələri ilə bağlı cəmiyyətə məlumat verəcəyik”.

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli əlavə edib ki, respublika ərazisində 22 regionda 3 mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinəyə cəlb olunub.

O qeyd edib ki, xərçənglə mübarizə üçün ucqar rayonlarda səyyar müayinələr aparılıb.

​​​​​​"Cebheinfo.az"

Chosen
14
2
cebheinfo.az

3Sources