EN

Litvada Belarus hava şarları hökumət böhranına səbəb oldu- ÖZƏL

Litvada Belarusdan havaya buraxılan və ölkənin hava məkanını pozaraq qaçaqmal tütün daşıyan hava şarları hökumət böhranına gətirib çıxarıb. Olaylar.az xəbər verir ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deividas Matulionis LRT milli radiosuna açıqlamasında bildirib.
Matulionisin sözlərinə görə, məsul qurumların bu problemi həll edə bilməməsi ölkədə ciddi siyasi böhran yaradıb: "Etiraf etməliyik ki, biz böhran içindəyik, kifayət qədər ciddi böhran. Və bu, yalnız hökumətin deyil, bütün ölkənin məsələsidir. Hamı birləşib həll yolu tapmalıdır," - deyə prezidentin müşaviri vurğulayıb. O qeyd edib ki, baş verənləri yalnız qaçaqmalçılıq kimi dəyərləndirmək düzgün deyil: "Bu, sadəcə tütün qaçaqmalçılığı deyil. Kontabandadan ört-basdır kimi istifadə olunur. Əslində, bu, hibrid və psixoloji təxribat aksiyasıdır," - Matulionis bildirib. Litva hakimiyyətinin məlumatına görə, əvvəlki aylarda Belarusdan hava şarları vasitəsilə tütün qaçaqmalçılığı halları nadir idi, lakin oktyabr ayında bu hallar kütləvi və mütəmadi xarakter alıb.
Ən böyük insident oktyabrın 22-də qeydə alınıb  həmin gün təxminən 200 hava şarı Litvanın hava məkanına daxil olub. Təhlükəsizlik səbəbindən Vilnüs Beynəlxalq Hava Limanı üç gecə ardıcıl olaraq - oktyabrın 24-dən etibarən  müvəqqəti bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
75
olaylar.az

1Sources