EN

Tramp 2028 ci il seçkisində vitse prezidentliyə namizədlikdən imtina etdi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ağ Ev rəhbəri Donald Tramp 2028-ci il seçkisində vitse-prezidentliyə namizədliyini qəti şəkildə rədd edib.

Oxu.Az-ın "Bloomberg" nəşrinə istinadən xəbərinə görə, bu barədə Tramp öz təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

Müxbirlər ondan 2028-ci ildə vitse-prezidentliyə namizədlərdən biri olub-olmayacağını soruşublar. Lakin o, dərhal imtina cavabını verib və belə bir ehtimalın mümkün olmadığını nəzərə çatdırıb.

"Amma bu, həddən artıq cəlbedicidir", - deyə o cavab verib.

Eyni zamanda, vurğulanıb ki, ABŞ liderinin cavabı daha böyük ambisiyalarla əlaqəli ola bilər, çünki onun bəzi tərəfdarları üçüncü prezidentlik müddətinə qoyulan konstitusiya qadağasından yayınmaq və bununla da Trampı hakimiyyətdə saxlamaq üçün yol tapmaq istəyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
oxu.az

1Sources