EN

Abşeronda 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Abşeron rayonunun Şəfəq qəsəbəsində 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Chosen
35
9
cebheinfo.az

9Sources