Abşeron rayonunun Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.