EN

“Qala Həyat” Sığorta Şirkətinin ödənişləri 39% azalıb

“Qala Həyat” Sığorta Şirkəti ilk 9 ayda 22 milyon 742 min manat sığorta haqqı toplayıb.

FED.az xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 797 min manat (20%) artıb.

Ötən il yığımlar 18 milyon 945 min manat idi.

Bu dövrdə ödənişlərin məbləği 2 milyon 161 min manat olub. Ötən il müştərilərə 3 milyon 552 min manat ödəniş edilib. Bu da illik 1 milyon 391 min manat (39,2%) azalma deməkdir.

Şirkətin zərərlilik göstəricisi 9,5% təşkil edib (ötən il - 18,7%).

Chosen
76
fed.az

1Sources