EN

Mirzoyan: "Türk tərəfdaşlarımızla intensiv dialoqumuz var" | VİDEO

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin Milli Məclisində "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi əsnasında dilə gətirib. O söyləyib ki, yaxın gələcəkdə bu dialoqun çox nəzərəçarpan nəticələri gözlənilir.

"Təmaslarımızın hazırkı vəziyyətinə nikbin yanaşıram. İki dövlət arasında yeni mühüm razılaşmalar və nailiyyətlər proqnozlaşdırılır",– nazir vurğulayıb.
Paşinyan:"Sülhün qayğısına qalmalıyıq"

Bu mənada o diqqətə çatdırıb ki, Ermənistanın 2026-cı il üzrə planları təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması, sülhün institusional hala gətirilməsi ilə məhdudlaşmır; bu planlar daha əhatəlidir.

Firudin Həmidli
AzVision.az
Chosen
53
1
azvision.az

2Sources