EN

Millimiz ardıcıl ikinci qələbəsini qazandı

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununda da qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç millinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Xatırladaq ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda yığmamız 2:1 hesablı qələbə qazanıb.

Chosen
23
football-plus.az

1Sources