“Real”ın hücumçusu Vinisius Junior “Barselona” ilə oyundan sonra komandadan ayrılmaq istədiyini bildirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə “DAZN” məlumat yayıb.
İspaniya La Liqasının 10-cu turunda keçirilən görüşdə 25 yaşlı braziliyalı futbolçu 72-ci dəqiqədə əvəzlənib. O, meydanı tərk edərkən narazılıq nümayiş etdirib və baş məşqçi Xabi Alonsonun əlini sıxmaqdan imtina edib.
Mənbənin məlumatına görə, Vinius baş məşqçiyə belə deyib:
“Yenə mən? Niyə həmişə mən? Komandadan gedirəm. Daha bəsdir, bezdim artıq”.
Qeyd edək ki, Vinius Junior 2018-ci ildən “Real”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol vurub və 5 asist edib.