ABŞ-ın bağlanması başlayandan bəri gecikmələr tez-tez orta səviyyədən yüksək olur.
QHT.az xəbər verir ki, ABŞ-da hökumətin bağlanması minlərlə uçuşun təxirə salınmasına səbəb olub. Oktyabrın 26-da ABŞ-da hava nəqliyyatı dispetçerlərinin çatışmazlığı və federal hökumətin bağlanması nəticəsində 8000-dən çox uçuş gecikib. FlightAware-in məlumatına görə, bu göstərici əvvəlki günlə müqayisədə xeyli artıb. Southwest Airlines uçuşlarının 45%-ni (təxminən 2000 reys), American Airlines 1200, United Airlines isə 739 reysi təxirə salıb.
Xatırladaq ki, Konqresin 2026-cı maliyyə ili üçün büdcəni təsdiqləməməsi səbəbindən oktyabrın 1-dən etibarən ABŞ federal hökuməti fəaliyyətini dayandırıb. Nəticədə minlərlə hava nəqliyyatı dispetçeri və TSA əməkdaşı maaşsız işləməyə məcbur qalıb, bu isə uçuşların ciddi şəkildə gecikməsinə gətirib çıxarıb.
R.İmanov