EN

ABŞ aviasiyası çökdü

ABŞ-ın bağlanması başlayandan bəri gecikmələr tez-tez orta səviyyədən yüksək olur.

QHT.az xəbər verir ki, ABŞ-da hökumətin bağlanması minlərlə uçuşun təxirə salınmasına səbəb olub. Oktyabrın 26-da ABŞ-da hava nəqliyyatı dispetçerlərinin çatışmazlığı və federal hökumətin bağlanması nəticəsində 8000-dən çox uçuş gecikib. FlightAware-in məlumatına görə, bu göstərici əvvəlki günlə müqayisədə xeyli artıb. Southwest Airlines uçuşlarının 45%-ni (təxminən 2000 reys), American Airlines 1200, United Airlines isə 739 reysi təxirə salıb.

Xatırladaq ki, Konqresin 2026-cı maliyyə ili üçün büdcəni təsdiqləməməsi səbəbindən oktyabrın 1-dən etibarən ABŞ federal hökuməti fəaliyyətini dayandırıb. Nəticədə minlərlə hava nəqliyyatı dispetçeri və TSA əməkdaşı maaşsız işləməyə məcbur qalıb, bu isə uçuşların ciddi şəkildə gecikməsinə gətirib çıxarıb.

 

R.İmanov

Chosen
55
qht.az

1Sources